Astarada sərxoş avtoxuliqan saxlanılıb
10:28 22 Fevral 2021

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Astara sakini Dəyanət Nəcəfzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə axşam saatlarında şəhər ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Lakin spirtli içkinin təsiri altında olan sürücü polis əməkdaşlarının dəfələrlə edilən xəbərdarlığına məhəl qoymayaraq hərəkəti davam etdirib. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan D.Nəcəfzadə saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib və barəsində toplanmış materiallar baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 25 gün müddətində inzibati qaydada həbs olunub.
Femida.az
Oxunub: 244
Oxşar xəbərlər
- Astarada meşə zolağında yanğın olub
- Astarada dağlıq ərazidə yanğın söndürülüb
- Astarada daha bir koronavirus xəstəsi saxlanıldı
- Astarada karantin rejimini pozan çayxanada mərc oyununun təşkil olunduğu aşkarlanıb
- Astarada "Mercedes" aşdı, ölən və yaralananlar var
- Astarada COVID-19 xəstələri saxlanılıb
- Astarada 54 yaşlı kişi çayda batdı
- Astarada evə basqın olub, qadın öldürülüb
- Astarada maskalı şəxslər evə basqın edib
- Astarada xınayaxdı məclisi keçirənlər cərimələndi