Keçmiş məhkumdan tapança götürülüb


11:43     22 Fevral 2021 tapanca3.jpg

Bakıda keçmiş məhkumdan tapança götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş A.Əliyevdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 455