“ASAN İmza” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilib


12:13     22 Fevral 2021 2021/02/16139-1613980384_1613981650.jpg

Azərbaycanın mobil identiteti sayılan “ASAN İmza” "Secure Identity Alliance" və "OnePoint" tərəfindən nəşr olunan “Dünyanın rəqəmsal identitetlərinə səs vermə” ümumdünya hesabatına ən yaxşı təcrübə kimi daxil edilib.

Femida.az-ın məlumatına görə, "B.EST Solutions" şirkətindən bildirilib ki, Secureity Alliance (SIA), OnePoint ilə birgə “Dünyanın rəqəmsal identitetlərinə səsvermə” adlı hesabat hazırlayıb. Həmin hesabatda dünya üzrə hökumət tərəfindən həyata keçirilən rəqəmsal və mobil identitet layihələrinin cari vəziyyəti əks olunub.

Layihə bir neçə məqsəd daşıyırdı. Birincisi, müxtəlif rəqəmsal identitet sxemlərinin xüsusiyyətlərini vurğulamaqla yanaşı innovativ təcrübələri, idarəetmə metodları və proseslərini, texnologiyaların seçimləri və bazara çıxışın strategiyalarını araşdırmaq, ikincisi, qərar qəbuletmə prosesinin hərəkətverici qüvvələri və bazarın əsas iştirakçıları tərəfindən təqdim edilən qabaqcıl təcrübələrin istifadəsinin üstünlüklərini anlamaq. Hesabatda rəsmi və sənədləşdirilmiş analitik mənbələrdən alınan əsas fikir və təcrübələr, eləcə də başlıca beynəlxalq iştirakçılar və müxtəlif ölkələrin nümayəndələri ilə aparılan 25 müsahibənin çarpaz təhlili toplanılıb.

Bu əyani hesabatda innovativ modellər, peşəkar iştirakçılardan əldə edilən təcrübə və dərslər qeyd edilib, eləcə də ABŞ, Kanada, Avstriya, Böyük Britaniya, Fransa, Hollandiya, Danimarka, Estoniya, Azərbaycan, Hindistan, Sinqapur və digərlərinin də ən yaxşı təcrübələri daxil olmaqla, dünyanın bütün ölkələrindən olan ID layihələrin və modellərin təhlili aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 466