Şuşaya yol çəkən Türkiyə şirkətlərinin adı açıqlandı


12:14     22 Fevral 2021 2021/02/shush-1613980680_1613981743.jpg

Şuşaya yol çəklişində iştirak edən Türkiyə şirkətlərinin adları açıqlanıb.

Femida.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişində Türkiyənin 2 şikəti - "Kolin İnşaat Sanayi Turizm və Ticaret A.Ş" və "Özgun Yapi Senaye ve Ticaret AŞ" şirkətləri iştirak edir.

Agentliyin sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü var.

"Məlumat üçün bildirim ki, avtomobil yolunun inşası “7 № -li Magistral Yol İistismarı” MMC, “16 № -li Xüsusi Təyinatlı Yol İistismarı” MMC, “AzVİRT” MMC və Türkiyənin 2 şikəti - Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş və Özgun Yapi Senaye ve Ticaret AŞ şirkətləri tərəfindən davam etdirilir".
Femida.az

Açar sözlər:

Oxunub: 232