Gənc oğlanın elektrik cərəyanı vuraraq ölməsi ilə bağlı cinayət işi açılıb


15:56     22 Fevral 2021 2021/02/A1DF2C41-0D95-4C2F-A185-1F99B297FA4E_1613998656.jpeg

Bakıda iki gənci elektrik cərəyanı vurub.

Bu barədə Xəzər Rayon Prokurorlundan məlumat verilib.

Bildirilib ki, fevralın 21-də saat 12 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində 2005-ci il təvəllüdlü İsmayıl Muradovun ölməsi, 2008-ci il təvəllüdlü Uğur Qəhrəmanovun isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla zərərçəkmişlər İsmayıl Muradov və Uğur Qəhrəmanovun Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində köhnə tikilidəki 863 nömrəli, 6 KV-luq Qapalı Paylayıcı Qurğunun içərisində olarkən elektrik cərəyanın təsirinə məruz qalmaları nəticəsində İsmayıl Muradovun ölməsi, Uğur Qəhrəmanovun isə xəsarət alması müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 446