"WhatsApp"ın yeni qaydaları ilə razılaşmayan istifadəçilər mesaj göndərə bilməyəcək


18:33     22 Fevral 2021 21_02_22_1614002857.jpg

"WhatsApp"ın yeni qaydaları ilə razılaşmayan bütün istifadəçilər yaxın iki həftə ərzində zəng və bildirişlər ala biləcəklər, lakin göndərilən və ya alınan mesajları oxuyub və ya göndərə bilməyəcəklər.

Femida.az -ın "TechCrunch"a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Bildirilir ki, yeni qaydalara keçid 15 mayadək təsdiq edilməlidir. Bu tarixdən sonra "WhatsApp" müvafiq bildirişlər göndərməyə başlayacaq. İstifadəçilər yeni qaydaları qəbul etmədiyi təqdirdə onların hesabları 120 gün aktiv olmayan müddətdən sonra silinəcək.


Xatırladaq ki, yeni şərtlər istifadəçilər tərəfindən aparılan ödəniş və tranzaksiyalar barədə "Facebook" və "WhatsApp" arasında məlumat mübadiləsinə imkan verəcək. Messencerin yaradıcıları bunu hədəf reklamlarını daha effektiv qurmaq üçün lazım olduğunu bildirirlər.

Açar sözlər:

Oxunub: 433


Oxşar xəbərlər