Türkiyədən gətirilən hind quşu qiyməsi yararsız çıxıb
20:58 22 Fevral 2021

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Bu barədə Femida.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Türkiyə Respublikasında “DIREKÇI DIS TICARET” LTD tərəfindən istehsal olunan və "GLOBAL MEAT" MMC tərəfindən ölkəmizə idxal edilən 22.33 ton dondurulmuş hind quşu qiyməsi məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.
Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş hind quşu qiyməsinin zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Oxunub: 316
Oxşar xəbərlər
- Türkiyədən Azərbaycana yeni mühəndis texnikası gətirilib
- Türkiyədən daha 136 nəfər minatəmizləyən Azərbaycana gəlib
- Türkiyədən Azərbaycana sement ixracı azalıb
- Türkiyədən Ermənistana: PKK-YPG terrorçuları Qarabağı tərk etməlidir
- Türkiyədən Azərbaycana işləmək üçün gələnlərin sayı artıb
- Türkiyədən daha 178 Azərbaycan vətəndaşı təxliyə edildi
- Türkiyədən 106, Londondan 69 Azərbaycan vətəndaşı ölkəyə gətirildi
- Türkiyədən qayıdanlar üçün çarter reyslər ayrılacaq
- Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
- Türkiyədən riskli addım - Azərbaycanlılar xüsusi əməliyyatla gətirilir - CANLI