Bakıda bu məktəb koronavirusa görə bağlandı - müəllimlər və şagirdlər yoluxdu


09:16     23 Fevral 2021 21_02_23_1614057594.jpg

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

Femida.az APA-ya istinadən xəbər verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Məktəbin fəaliyyəti 14 günlük müddətə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.

Açar sözlər:

Oxunub: 331