Rusiyanın indiyədək Qarabağa göndərdiyi humanitar yardımın həcmi açıqlanıb
11:28 23 Fevral 2021

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağa növbəti humanitar yardım karvanını göndərib.
Femida.az -ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Rusiya FHN-in humanitar yardım karvanı bu gün İrəvan yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzindən Xankəndiyə yola düşüb.
Rusiya FHN-in əməkdaşı Yevgeni Qorelov jurnalistlərə açıqlamasında bildirib ki, humanitar yardım tikinti materiallarından ibarətdir: “6 yük avtomobili və onları müşayiət edən 2 avtomobil Xankəndinə çatacaq. Humanitar yardım silahlı münaqişədən əziyyət çəkən vətəndaşlar üçün nəzərdə tutulub”.
Y. Qorelov qeyd edib ki, hərbi əməliyyatlar başa çatandan indiyə kimi Qarabağa 200 tondan çox humanitar yardım göndərilib.
Oxunub: 301
Oxşar xəbərlər
- Rusiyanın hökumət başçısı İlham Əliyevi təbrik edib
- Rusiyanın beşqat dünya çempionu dopinqə görə cəzalandı
- Rusiyanın Baş naziri Belarusa səfər edəcək
- Rusiyanın virusa qarşı peyvəndi hamilə qadınlar üçün təhlükəlidirmi?
- Rusiyanın hərbi gəmiləri Bakıda - VİDEO
- Rusiyanın "Kommersant" nəşri Azərbaycana qarşı təxribata yol verib
- Rusiyanın 22 həkimi Azərbaycana gəldi
- Rusiyanın Baş prokuroru vəzifəsini tərk edib
- Rusiyanın Uzaq Şərqdəki Su-34 aviasiya alayı gəmi əleyhinə raketlər alıb
- Rusiyanın “Eurovision” təmsilçisi vəfat etdi