İpoteka krediti alanların aylıq gəlirinin hesablanması qaydası dəyişib
12:19 23 Fevral 2021
Nazirlər Kabineti “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda dəyişiklik edib.
Femida.az -ın məlumatına görə, qüvvədə olan Qaydaya əsasən, borcalanın (borcalanların) muzdlu işlə əlaqədar aylıq məcmu gəliri hesablanarkən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar), Əmək Məcəlləsi ilə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil olmaqla) nəzərə alınıb.
Dəyişikliyə əsasən, bundan sonra borcalanın (borcalanların) muzdlu işlə əlaqədar aylıq məcmu gəliri hesablanarkən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, mükafatlar)” sözləri “əmək müqaviləsi (kontraktı) ilə müəyyən edilmiş əmək funksiyasının yerinə yetirilməsinə görə işəgötürən tərəfindən əməyin ödənilməsi sistemləri üzrə işçiyə ödənilən tarif (vəzifə) maaşı, ona edilən əlavələr, mükafatlar və maddi həvəsləndirmənin digər formaları üzrə ödənişlər, Əmək Məcəlləsi ilə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil olmaqla) nəzərə alınacaq.
www.lexus.az
Узнать больше
Eyni zamanda muzdlu işdən əldə edilən gəlirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürülən məlumatlar əsasında müəyyən ediləcək.
Qeyd edək ki, sözügedən layihə işçilərin formal məşğulluğa marağının artırılması məqsədilə ipoteka kreditlərinin verilməsində muzdlu işlə əlaqədar əldə edilən, yəni əmək fəaliyyəti ilə məşğul olan şəxslərə vəzifə maaşından əlavə ödənilən bonuslar, mükafatlar və maddi həvəsləndirmənin digər formaları üzrə ödənişlər də daxil olmaqla, bütün gəlirlərin stimullaşdırıcı amil kimi nəzərə alınması imkanlarının genişləndirilməsi məqsədilə hazırlanıb.
Layihədə muzdlu işlə əlaqədar əldə edilən gəlirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsisteminin məlumatları əsasında müəyyən edilməsi qeyd edilmişdir ki, bu da öz növbəsində ipoteka krediti üçün müraciət etmiş şəxslərin rəsmi gəlirlərinin tam məbləğinin müəyyən edilməsinə şərait yaradacaq.
Belə ki, muzdlu (muzdla işləyənlər (muzdlu işçilər) - müxtəlif mülkiyyət formalı müəssisənin, idarənin, təşkilatın rəhbəri ilə və ya ayrı-ayrı şəxslərlə əmək şəraiti və əmək ödənişi haqqında daimi, müvəqqəti və ya mövsümi əmək müqaviləsi bağlamış bütün işçilərdir) əmək fəaliyyəti ilə məşğul olan şəxslərə vəzifə maaşından əlavə ödənilən bonuslar, mükafatlar və maddi həvəsləndirmənin digər formaları məcburi dövlət sosial sığortaya cəlb olunan gəlir növləri hesab edildiyindən Nazirliyin “Sığorta” altsistemində əks olunur. Məhz bu səbəbdən “Sığorta” altsistemdən istifadə real gəlirlərin müəyyən olunmasına, eyni zamanda gəlirlərin tam məbləğinin bəyan edilməsinə şərait yaratmaqla formal məşğulluğa keçidi təmin etməkdə stimullaşdırıcı amil rolunu oynayacaq.
Oxunub: 493
Oxşar xəbərlər
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb
- İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr müavini təyin edilib
- İpoteka krediti olanların NƏZƏRİNƏ - Borclar belə restrukturizasiya olunacaq
- İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət etdi
- İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb
- İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçiriləcək
- İpoteka və Kredit Zəmanət Fondu 17 milyon manat mənfəət əldə edib - 9 ayda
- İpoteka kreditləri üzrə ödənişlər “ASAN ödəniş” sistemi vasitəsilə də qəbul olunacaq
- İpoteka Fondunun mənfəəti 29% artıb
- İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı yüz milyon manat artırılıb