Qanun təsdiqləndi - Sürücülük vəsiqəsi və digər sənədləri daşımağa ehtiyac yoxdur
14:15 23 Fevral 2021

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Femida.az-ın xəbərinə görə, dəyişikliklə sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır.
Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılacaq.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Femida.az
Oxunub: 352
Oxşar xəbərlər
- Sürücülük vəsiqəsin özünüzlə daşımağa ehtiyac qalmayacaq
- Türkiyədə şəxsiyyət və sürücülük vəsiqələri birləşdirilir
- Türkiyə Azərbaycan sürücülük vəsiqələrinin tanınmasını təsdiqlədi
- Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! - İmtahanlarda YENİLİK
- Ramiz Zeynalov: 7316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb
- Sürücülərin bilməli olduğu vacib məlumatlar: Qəzalardan qorunmaq üçün bunlara əməl edin!
- Azərbaycanda sürücülük vəsiqələrinin daxilinə elektron çip yerləşdiriləcək
- Bakıda saxta sürücülük vəsiqəsi hazırlayan dəstə saxlanıldı
- Bakıda Gürcüstanın saxta sürücülük vəsiqələrini hazırlayan dəstə zərərsizləşdirilib
- Ermənistan Rusiyaya qarşı plan hazırlayır: Yeni qadağanın detalları