Qəlyan tütünləri aksiz vergisinə cəlb ediləcək
14:20 23 Fevral 2021

Azərbaycanda qəlyan üçün hazırlanan tütünlərin aksiz vergisinə cəlb edilməsi təklif olunaraq hər kiloqrama görə 30 manat müəyyən edilib.
Femida.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edək ki, indiyədək qəlyan üçün tütünlər aksiz vergisindən azad idi.
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Femida.az
Oxunub: 226
Oxşar xəbərlər
- Müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı
- İctimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə qadağandır
- Bakıda karantin qaydalarını pozan qəlyanxana aşkarlanıb
- Bakıda qəlyan çəkilən kafe və restoranda reyd keçirildi
- “Dnepr Malış”ın həbsdən fotosu yayıldı: Qəlyan çəkir...
- Qəlyan aksiz vergisinə cəlb olunsun - Deputatdan təklif
- Uşağa qəlyan çəkdirən atanı hansı cəza gözləyir?- Hüquqşünasdan açıqlama
- Bu uşağın valideyni axtarılır - VİDEO
- Bakı restoranlarında sulu qəlyan qadağan olundu
- Bu ölkədə qəlyana qadağan olundu