Virusa görə 4 məktəb distant təhsilə keçdi


15:36     23 Fevral 2021 mekteb45.jpg

Fevralın 22-dək distant təhsilə keçirilən siniflərin sayı 84, distant təhsilə keçirilən məktəblərin sayı 4-dür .

Təhsil Nazirliyindən Femida.az -a verilən məlumata görə, Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilən təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Xatırladaq ki, fevralın 1-dən əyani tədris qismən bərpa olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 263


Oxşar xəbərlər