Sərhəd pozucusu 4 kiloqram narkotiklə tutuldu
16:11 23 Fevral 2021

Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
DSX-dən Femida.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
22 fevral tarixində, saat 23:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.
Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin Qəbələ rayon sakini 1996-cı il təvəllüdlü Abbasov Murad Xaləddin oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 74 qram narkotik vasitəyə (3 kiloqram 520 qram “tiryək”, 554 qram “marixuana”, 200 ədəd “metadon-40” həbi) bənzər maddə və 50 qutu “mydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 226
Oxşar xəbərlər
- Polis və DSX birgə əməliyyat keçirdi - Saxlanılanlar var
- Sərhəd aviasiyasının AN-2 təyyarələri düşmənə ciddi zərbələr vurub
- DSX: “Harop” PUA-ları və AN-2 təyyarələri müharibədə düşmənə ciddi zərbələr vurdu
- DSX əməkdaşlarının vaksinasiyası başlanıb
- DSX 12 kiloqrama yaxın narkotiki qanunsuz dövriyyədən çıxarıb
- DİN və DSX Xəzər dənizində birgə əməliyyat keçirdi, saxlanılanlar var
- DSX-nin gənc əsgərləri and içdi
- Polis və DSX birgə əməliyyat keçirdi - Həbs edilənlər var
- DSX Xüsusi Məktəbinə şagird qəbulu elan edib
- Zəngilanda DSX-nin sərhəd zastavasının açılışı olub