“Azərbaycan regionda və dünyada yeni reallıqlar yaradıb” - İlham Əliyev
16:53 23 Fevral 2021

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi forumları zamanı mən auditoriyaya müraciət edərkən hər dəfə münaqişəyə diqqət çəkirdim, hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim. İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb.
Femida.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən söyləyib.
Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamağa və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq”.
Prezident İlham Əliyev qeyd edib ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var.
Femida.az
Oxunub: 240
Oxşar xəbərlər
- “Azərbaycanın təklifini dəstəkləyirik” - Çavuşoğlu
- “Azərbaycan dövləti təzminat almaqda israrlıdır” - Əli Hüseynli
- “Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb” - Prezident
- “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə” təsdiqlənib
- “Azərbaycandan icazə istəyəcəyik” - Erməni din xadimi
- “Azərbaycan-Britaniya əməkdaşlığı etibarlı tərəfdaşlığa əsaslanır”
- “Azərbaycanda mübahisələrin alternativ həlli və ixtisaslaşmış məhkəmələrin inkişafına əlavə dəstək” layihəsinin açılışı olub
- “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib
- “Azərbaycana bu dəstək davam edəcək” - Çavuşoğlu
- “Azərbaycan və Ermənistan arasında görüş keçiriləcək” - Ermənistan XİN rəhbəri