Azərbaycan gömrükçüləri külli miqdarda brilliant qaşlar müsadirə edib
17:52 23 Fevral 2021

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alıb.
Belə ki, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Ankara-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilib. Daha sonra vətəndaş saxlanılaraq inzibati binaya dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus böyük ölçülü karton qutuda - şəxsi geyim əşyalarının arasındakı qırmızı rəngli çantadan gömrük nəzarətindən gizlədilən 16 ədəd sellofan bükümdə müxtəlif ölçüdə brilliant qaşlar aşkar olunub.
Aşkar olunan brilliant qaşların təxmini ümumi kütləsi 4 500 karat (948 qram) təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 219
Oxşar xəbərlər
- Azərbaycanda dərman şirkəti barədə inzibati protokol tərtib edilib
- Azərbaycanda İKT qanunvericiliyi təkmilləşdiriləcək
- Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib
- Azərbaycanda alim koronavirusdan vəfat etdi
- Azərbaycanda koronavirusa 352 yeni yoluxma qeydə alındı
- Azərbaycan BMT ilə yeni əməkdaşlıq sənədi imzalayıb
- Azərbaycan və Belarus hərbi əməkdaşlıq məsələlərini müzakirə edib
- Azərbaycan və Türkiyə arasında növbəti sənədlər imzalanıb
- Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib
- Azərbaycanda daha 270 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib