İrəvanda müxalifətin itaətsizlik aksiyası başlayıb


18:35     23 Fevral 2021 2021/02/irevan-qiyam_1614090995.jpg

Ermənistanın paytaxtı İrəvanda müxalifətin itaətsizlik aksiyası başlayıb.

Femida.az erməni KİV-lərinə istinadla xəbər verir ki, aksiyanı “Vətənin qurtuluşu hərəkatı” təşkil edib.

Etirazçıların əsas tələbi baş nazir Nikol Paşinyan və komandasının istefa verməsidir.

Aksiyadan əvvəl silahlı qüvvələrə, hüquq mühafizə orqanlarına, təhlükəsizlik işçilərinə və digər dövlət strukturlarına müraciət edən müxalifət onları hakimiyyətin tələblərini yerinə yetirməkdən imtina etməyə çağırıb.

Xatırladaq ki, fevralın 20-də müxalifət İrəvanda keçirdiyi mitinqdə davamlı itaətsizlik aksiyasına start verdiyini bəyan edib.

Açar sözlər:

Oxunub: 461