Bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilə bilərmi?


22:43     23 Fevral 2021 2021/02/15809780315992149645e3bcf6f1c8b2_1614105906.jpg

Bəzi hallarda iş günü hesab olunmayan bayram günləri işçilərin məzuniyyət müddətinə təsadüf edir. Belə olduqda bir çox müəssisələrdə işəgötürənlər həmin bayram günlərini məzuniyyətin təqvim günlərinə daxil edirlər. Bu da tərəflər arasında narazılığa səbəb olur. Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir? Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilə bilərmi?

Mövzu ilə bağlı e-huquq.az-a açıqlmasında ekspert Aytac Qurbanova bildirib ki, Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-ci bəndinə əsasən əmək məzuniyyəti dövrünə düşən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir: “Məzuniyyət günlərinin tərkibinə şənbə və bazar günləri daxil edilir. Məzuniyyətin müddəti həmin tarixə düşən bayram günlərinin sayı qədər əvəzi ödənilmədən uzadılır. Bayram günləri dedikdə Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan günlər başa düşülür və qeyri - iş günləri hesab edilən günlər nəzərə alınmır”.

A.Qurbanova onu da qeyd edib ki, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.

“Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Azərbaycan Respublikasının Konstitusiyanın 37-ci maddəsinə görə, hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir”, - deyə ekspert əlavə edib.

Açar sözlər:

Oxunub: 630