Bakıda gəncə qəbiristanlıqda 7 bıçaq zərbəsi vurulub


09:33     24 Fevral 2021 bicaq.jpg

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Vəlibəyov Qamal Artyomoviç qəbiristanlıq ərazisinə aparılıb. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralının bədən və aşağı ətrafına ümumilikdə 7 bıçaq zərbəsi vurulub.

Açar sözlər:

Oxunub: 238