ÜST koronavirusla bağlı son statistikanı açıqladı
09:50 24 Fevral 2021

Dünyada COVID-19-a yoluxanların sayı 111,41 milyon nəfəri ötüb.
Femida.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 111 419 939 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 470 772 insan ölüb.
Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 280 853 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 6 884 pasiyent təhlükəli infeksiyadan ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.
Oxunub: 241
Oxşar xəbərlər
- ÜST-dən koronavirusla bağlı şad xəbər
- ÜST-ün nümayəndə heyəti koronavirusun ilk aşkarlandığı bazara gedib
- ÜST koronavirusla bağlı fövqəladə iclas keçirəcək
- ÜST-dən COVID-19-la bağlı XƏBƏRDARLIQ - Yeni ildən sonra...
- ÜST Oqtay Şirəliyevə təşəkkür edib
- ÜST maska taxma qaydalarını sərtləşdirdi
- ÜST Avropada koronavirusa yoluxma hallarının artmasından narahatdır
- ÜST COVID-19-un mutasiyasını müəyyən etmək üçün xüsusi işçi qrupu yaradıb
- ÜST Rusiyanı COVID-19 peyvəndi ilə bağlı ehtiyatlı olmağa çağırıb
- ÜST-ün missiyası Azərbaycana gəlib