Azərbaycanda dəhşətli qəza: 30 maşın toqquşdu
10:07 24 Fevral 2021

Bakı-Ələt-Qazax magistral yolunda onlarla avtomobilin iştirakı ilə yol qəzası olub.
Femida.az xəbər verir ki, hadisə magistral yolun Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, yolların buz bağlaması səbəbindən 30-ya yaxın avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Xatırladaq ki, ötən gün Milli Hidrometeorologiya Xidməti ölkədə temperaturun aşağı düşəcəyi, qarlı və çovğunlu hava şəraitinin olacağı və yolların buz bağlayacağı ilə barədə xəbərdarlıq edib.
Beləliklə, dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava şəraiti yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Oxunub: 338
Oxşar xəbərlər
- Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 700-ü ötüb
- Azərbaycanda tanınmış bəstəkar vəfat edib
- Azərbaycanda 2 206 yeni yoluxma - 35 nəfər öldü
- Azərbaycanda jurnalistlərin vaksinasiyasına başlanılıb
- Azərbaycanda 4 dövlət əmlakı özəlləşdirilib
- Azərbaycanda vurulan peyvəndin sayı 1 milyonu keçdi
- Azərbaycanda indiyədək bu qədər koronavirus testi aparılıb
- Azərbaycanda məişət zorakılığı ilə bağlı sorğu keçirilir
- Azərbaycanda MTN generalları həbs edildi - RƏSMİ
- Azərbaycanda bu qanun qüvvədən düşüb