Lənkəranda bir gündə iki oğurluğun üstü açılıb
10:42 24 Fevral 2021
Lənkəranda bir gündə iki oğurluğun üstü açılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-A verilən məlumata görə, Lənkəran şəhər sakini X.Abbasova evindən ümumi dəyəri 737 manat olan məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ev sahibinin qohumu, Lənkəran sakini Tural Abbasov olduğu məlum olub. Saxlanıldıqdan sonra T.Abbasovun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri ilə isə rayonun Boladı kəndində yerləşən bir evdən 1700 ABŞ dolları oğurlayan əvvəllər məhkum olunmuş Telman Hadizadə saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxunub: 558
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib