Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir


13:19     24 Fevral 2021 2021/02/1614157945213_Z7YHpCye_1614158421.jpeg

"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər Vətən müharibəsində ağır yaralanmış qazilərimizin müayinələrini davam etdirirlər.

Fonddan APA-ya verilən məlumata görə, həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

Xatırladaq ki, “YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.

Açar sözlər:

Oxunub: 538