SOCAR-ın dənizdə çalışan 51 əməkdaşı təhlükəsiz yerlərə köçürülüb


13:20     24 Fevral 2021 2021/02/220445_ubq26rjq4p_1614158603.jpg

Küləkli hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri çərçivəsində SOCAR-ın dənizdə çalışan 51 əməkdaşı daha təhlükəsiz yerlərə köçürülüb.


Bunu Femida.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, köçürülən əməkdaşların sayı planlaşdırılandan (öncə 45 nəfərin daşınması haqqında bildirilirdi – red.) bir qədər çox olub. Köçürülən neftçilərin əsas hissəsi "Neft Daşları"a çatdırılıb.

"Hazırda vəziyyət normandır", - deyə, İ. Əhmədov qeyd edib.

O əlavə edib ki, SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib, açıq səthlərdə aparılan işlər dayandırılıb, idarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Açar sözlər:

Oxunub: 483