Ceyhun Bayramov Ukraynaya səfərə dəvət olundu
19:42 24 Fevral 2021

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini Vasil Bodnarı qəbul edib.
XİN-dən Femida.az-a verilən məlumata görə, nazir ölkələrimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini məmnunluqla vurğulayıb. Ölkələrimiz arasında, eyni zamanda çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı anlayışın mövcud olduğu qeyd olunub.
C.Bayramov iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin münasibətlərin inkişafına müsbət töhfə verdiyini bildirib və bu xüsusda Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu ildə Azərbaycana səfərini xüsusilə qeyd edib.
Nazir həmçinin Ukrayna xarici işlər nazirinin müavininə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, bölgədə yaranmış yeni təhlükəsizlik vəziyyəti və əməkdaşlıq imkanları barədə məlumat verib.
V.Bodnar səmimi qəbula görə təşəkkür edərək, xarici işlər naziri Dmitro Kulebanın salamlarını çatdırıb, həmçinin həmkarının Ceyhun Bayramovu Ukraynaya dəvət etdiyini bildirib.
İkitərəfli münasibətlərin inkişafı üçün böyük perspektivlərin olduğu vurğulanıb, bu xüsusda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacivliyi qeyd olunub.
Görüşdə tərəflər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən QDİƏT çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Femida.az
Oxunub: 293
Oxşar xəbərlər
- Ceyhun Bayramov BMT Baş Assambleyasının Prezidenti ilə görüşüb
- Ceyhun Bayramov Erkan Özaralla görüşdü
- Ceyhun Bayramovdan beynəlxalq ictimaiyyətə çağırış
- Ceyhun Bayramov Rusiyaya getdi
- Ceyhun Bayramov Əfqanıstan prezidenti ilə görüşüb
- Ceyhun Bayramov Çavuşoğlu ilə görüşdü
- Ceyhun Bayramov Ayvazyanla Moskvada görüşməyəcək
- Ceyhun Bayramov ABŞ rəsmisi ilə danışdı
- Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb
- Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı ünvanlayıb