Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA


19:51     24 Fevral 2021 21_02_24_1614182012.jpg

Havanın qarlı və küləkli olması bu gün məktəblərdə dərsə davamiyyətin aşağı olmasına səbəb olub. Davamiyyətin aşağı olması, eyni zamanda şaxtalı hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq sabah məktəblərdə əyani formada dərslərin keçirilib-keçirilməyəcəyi ilə bağlı da suallar yaradıb.


Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə fevralın 25-də tədrisin dayandırılması ilə bağlı qərar verilməyib:

"Nazirlikdə bu barədə məlumat yoxdur. Belə məlumatlar olduğu zaman onlar rəsmi şəkildə ictimaiyyətə açıqlanır".

Femida.az

Açar sözlər:

Oxunub: 318