2 min 715 nəfər müəllim adı qazandı


21:40     24 Fevral 2021 müellim-660x330.jpg

Fevralın 5-18-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Femida.az-a bildirilib ki, onlayn müsahibələrdə iştirak edən 2 min 912 namizəddən 2 min 715-i müddətsiz müqavilə əsasında müəllim olaraq çalışmaq imkanı qazanıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti müsahibələrin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Həmçinin, onlayn müsahibə mərhələsində uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 471