Nizami rayonunda sərnişin avtobusu piyadanı vurdu
09:33 25 Fevral 2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az -ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.
Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Qarayev Məhəmməd Ramiz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Yaralıya baş nahiyəsinin əzilmiş və cırılmış diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 249