Bakıda hava şəraiti ilə əlaqədar 64 nəfər yıxılaraq xəsarət alıb


09:42     25 Fevral 2021 21_02_25_1614230555.jpg

Bakıda fevralın 24-dən etibarən ümumilikdə 64 nəfər hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Femida.az-a verilən məlumata görə, onlardan 35-i kişi, 29 qadındır.

Xəsarət alanlardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

Açar sözlər:

Oxunub: 357