Paşinyanın açıqlamasını "qeyri-ciddi" hesab edən erməni general vəzifədən qovulub
10:12 25 Fevral 2021

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanı vəzifəsindən kənarlaşdırıb.
Femida.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin saytında məlumat yayılıb.
Qeyd edək ki, bundan əvvəl N.Paşinyan “1in.am” saytına verdiyi müsahibəsində ötən payızda Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı “İskəndər” taktiki raket komplekslərindən istifadə edilməsi və onun “partlamaması” və ya “10% partlaması” barədə açıqlama vermişdi. Paşinyan bununla keçmiş prezident Serj Sarqsyanın “hələ döyüş əməliyyatlarının başlanğıcında erməni hərbçilərinin “İskəndər”dən istifadə etməli olduğuna” dair ittihamına cavab vermişdi.
Erməni mətbuatında yer alan məlumata görə, T.Xaçatryanın “İskəndər” taktiki raket kompleksləri ilə bağlı hökumət başçısının şərhini ələ saldığı bildirilir.
“yerevan.today” onlayn-resursu öz yazısında bildirib ki, T.Xaçatryan, Paşinyanın da dediyi kimi, “İskəndər” raketinin doğrudanmı 10% partlaması ilə bağlı suala istehza ilə cavab verib: “Əlbəttə mümkün deyil... Necə?... “İskəndər”?... Bir atəş?... 10%?... Bağışlayın, amma bu qeyri-ciddidir”.
Buna münasibətində Ermənistanın Müdafiə Nazirliyi öz açıqlamasında Baş Qərargah rəisinin birinci müavininin sözlərinin jurnalist tərəfindən təhrif olunduğunu və mətnin oxucuya tam təqdim edilmədiyini, bilərəkdən yanlış təəssürat yaratmaq məqsədi daşıdığını qeyd edib. Nazirliyin sözlərinə görə, bunu informasiya təxribatı kimi qiymətləndirmək olar.
Oxunub: 258
Oxşar xəbərlər
- Paşinyanın Rusiyaya səfəri başlayıb
- Paşinyanın həyat yoldaşı bu dəfə Amerikaya gedib
- Paşinyanın 20 Yanvarla bağlı məqaləsi yenidən gündəmə gəldi
- Paşinyanın səlahiyyətlərinin Sarkisyana verilməsi təklif olundu
- Paşinyanın Rusiyaya səfəri ləğv edildi
- Paşinyanın arvadı İsveçrədəki bank hesabına 1 milyon dollar köçürüb - FOTOFAKT
- Paşinyanın məsuliyyətə cəlb edilməsi üçün faktlar toplanır
- Paşinyanın təxribatçı fəaliyyəti - XİN faktları açıqladı
- Paşinyanın adından Trampa saxta təbrik yazan şəxs saxlanılıb
- Paşinyanın arvadı Azərbaycan şəhərindən fotolarını paylaşdı