DMX əməkdaşının kitabı Türkiyədə işıq üzü gördü


15:39     25 Fevral 2021 2021/02/16142-1614250765_1614253233.jpg

Türkiyədə Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşı Anar Qaffarovun həmmüəllifi olduğu “Xocalı soyqırımı xarici ölkələrin mətbuatında” kitabı çapdan çıxıb.

DMX-dən Femida.az-a bildiriblər ki, nəşr soyqırımı ilə bağlı aparılan tədqiqat işləri nəticəsində qələmə alınıb. Məqsəd Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, xarici ölkələrin mətbuatında faciəyə nə dərəcədə yer ayrıldığını üzə çıxarmaqdır.

Tədqiqat zamanı xarici KİV araşdırılaraq həmin ölkələrin Xocalı soyqırımı ilə bağlı mövqelərinin ayrı-ayrılıqda təhlili aparılıb və nəticələr kitabda əksini tapıb.

Vətən müharibəsində Müzəffər Ordumuzun Qələbəsindən sonra informasiya müstəvisində belə tədqiqatlar mühüm rola malikdir. DMX-nin əməkdaşları həm döyüş meydanında, həm də Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətindəki informasiya savaşında mübarizədə fəallıq göstərirlər.

Açar sözlər:

Oxunub: 233