Prezident “Dostluq” yatağı ilə bağlı qanunu təsdiq edib
16:19 25 Fevral 2021

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.
Femida.az xəbər verir ki, qanuna əsasən, Azərbaycan və Türkmənistan “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcək.
Sənədə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək. “Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.
Femida.az
Oxunub: 247
Oxşar xəbərlər
- Prezidentin köməkçisi: “Türkiyənin Azərbaycana media sahəsində dəstəyini yüksək qiymətləndiririk”
- Prezident Türkiyə səfirini “Dostluq” ordeni ilə təltif etdi
- Prezident bu şəxslərə “Tərəqqi” medalı verdi
- Prezident bu şəxsə general rütbəsi verdi - SƏRƏNCAM
- Prezidentdən SƏRƏNCAM: Ərazi genişləndirilir
- Prezidentin köməkçisi vətəndaşlara çağırış etdi
- Prezident yeni Mərkəz yaratdı - FƏRMAN
- Prezidentin vəzifə verdiyi Zaur Mikayılov kimdir? - DOSYE
- Prezidentdən yeni TƏYİNAT
- Prezident İlham Əliyev Türkiyənin ticarət nazirini qəbul edib