Ərdoğan: “Türkiyə və Gürcüstanın birgə səyləri bölgədə sabitliyə böyük töhvə verəcək”
16:27 25 Fevral 2021

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrakli Qaribaşvilini Gürcüstanın baş naziri təyin olunması münasibətilə təbrik edib.
Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət Administrasiyasından bildirilib.
R.T.Ərdoğan təbrik məktubunda Gürcüstanla strateji tərəfdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb: “Əminəm ki, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq və nümunəvi mehriban qonşuluq münasibətləri bütün sahələrdə davam və inkişaf etdiriləcək. Şübhə etmirəm ki, birgə səylərimiz bölgədə sülh, sabitlik və hərətərəfli əməkdaşlığa əhəmiyyətli töhvə verəcək”.
Prezident Türkiyənin Gürcüstanın siyasi sabitliyi və ərazi bütövlüyünə böyük əhəmiyyət verdiyini də qeyd edib.
Dövlət başçısı Gürcüstanın hökumət başçısına cansağlığı, xoşbəxtlik, dost gürcü xalqına isə firavanlıq diləyib.
Oxunub: 357
Oxşar xəbərlər
- AQTA: Qanunsuz fəaliyyət göstərən restoranın fəaliyyəti məhdudlaşdırılıb
- Sürücülər DİQQƏT! - 1 ay boyunca reyd olacaq
- Rüstəm Muradov: "Ermənistan hakimiyyəti təxribat törədir"
- Prezident: Azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır
- İlham Əliyev: Bu gün biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq
- Volkan Bozkır: Azərbaycanda olmaqdan çox məmnunam
- Çavuşoğlu: "İtaliya Baş nazirinin Prezidentimiz haqqında çirkin ifadələrini özünə qaytarırıq"
- Dövlət başçısı: “Biz ədaləti bərpa etdik”
- İƏT-in Baş katibi: “Azərbaycan qalib gələrək tarix yazdı”
- İlham Əliyev: Bizim atdığımız addımlar haqq işi idi