“Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna” - Azərbaycan Prezident
16:37 25 Fevral 2021
“Onlar bizim qabağımızda diz çökdülər. Onlar heç vaxt belə rəzil vəziyyətdə olmamışdılar”.
Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.
“Kimsə onları cəzalandırmalı idi, yoxsa yox? Bütün dünyaya meydan oxuyurlar. Bütün dünyaya əsassız tələblər irəli sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir, bunları müftə yedizdirməlidir, içizdirməlidir, silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna. Bizim torpağımızı işğal edib, insanları evsiz-eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıb. Ondan sonra da deyib ki, bu, erməni torpağıdır. Kimsə bunları cəzalandırmalı idi, yoxsa yox? Kimsə onları çökdürməli idi, yoxsa yox? Biz bunu etdik. Tarixi qələbədir, tarixi nailiyyətdir. Bir daha demək istəyirəm ki, bu qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz analar, atalar xalqımız üçün, dövlətimiz üçün gözəl insanlar yetişdirmisiniz. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı”, - Prezident bildirib.
Femida.az
Oxunub: 392
Oxşar xəbərlər
- “Bir neçə yaşayış məntəqəsi tam nəzarətimiz altındadır” - Prezident
- “Bir çox ölkələrdə bu təcrübə tətbiq olunmalıdır” - Britaniyalı müşahidəçilər
- “Bir dəfə Qarabağın adını çəkməyənlər piket keçirirlər” - Siyavuş Novruzov
- “Bir əllə danışıqlar aparıb, digər əllə atəş açmaq olmaz” - XİN-dən BƏYANAT
- “Birincidən 85, ikincidən 104 manat çıxdı” - Qadınların çantasına qənim kəsilən SOYĞUNÇU (VİDEO)
- “Bir könüllüdən min könüllüyə” layihəsinin açılışı olub
- “Bir gün Qarabağda”
- “Bir neçə ilə İsraildə baş naziri Məhəmməd çağıracaqlar” -Tramp