Bakıda 7 müntəzəm marşrut xəttinin hərəkəti müvəqqəti dəyişdirilir
16:42 25 Fevral 2021

Sabah - Xocalı soyqırımının 29-cu ildönümü günü Bakının Xətai rayonunun Xocalı prospektindəki “Ana fəryadı” abidəsi qarşısında keçiriləcək anım tədbiri ilə bağlı həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdiriləcək.
Femida.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edəcək. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil olunacaq. Dəyişiklik saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılana qədər davam edəcək.
Oxunub: 255
Oxşar xəbərlər
- Bakıda üzərinə qapı düşən körpə ölüb
- Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb
- Bakıda gəmi yanıb
- Bakıda Türk Şurasının işçi qrupunun iclası keçirilir
- Bakıda universitet müəllimi onlayn dərs zamanı öldü
- Bakıda keçmiş məhkumdan narkotik götürülüb
- Bakıda ağır qəza baş verib
- Bakıda koronavirus xəstəsinin intihara cəhdinin qarşısı alınıb
- Bakıda külək 14 ağacı aşırıb
- Bakıda piyadanı yük avtomobili vurub