Ombudsmanın məruzəsi Milli Məclisə təqdim edildi
16:46 25 Fevral 2021
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, Ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2020-ci il üzrə məruzəsi hazırlanıb.
Bu barədə Femida.az-a Ombudsman Aparatından məlumat verilib.
Konstitusiya qanununa əsasən, cari il bitdikdən sonra 2 aydan gec olmayaraq Ombudsman illik məruzəni Azərbaycan Respublikasının Prezidentinə təqdim edir və həmin məruzə ilə Milli Məclis qarşısında çıxış edir.
İllik məruzə, eyni zamanda Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərilir.
İnsan hüquqları üzrə müvəkkilin məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2021-ci ilin 25 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, müvafiq dövlət qurumlarına göndərilib.
2020-ci il üzrə məruzədə Ombudsmanın Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
Məruzə Azərbaycan Respublikasının Milli Məclisində dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması üçün mətbuat orqanlarında dərc ediləcəkdir.
Oxunub: 446
Oxşar xəbərlər
- Ombudsmanın regional mərkəzləri 28 Maya həsr olunan tədbirlər keçiriblər
- Ombudsmanın nümayəndələri hərbi hissələrə baxış keçirib
- Ombudsmanın illik məruzəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub
- Ombudsmanın hesabatı müzakirəyə çıxarılır
- Ombudsmanın hesabatı müzakirəyə çıxarılır
- Ombudsmanın nümayəndələri bu yerlərdə nöqsanlar aşkarladı
- Ombudsmanın nümayəndələri uşaq evinə başçəkmə keçirdi - Nöqsanlar aşkarlandı
- Ombudsmanın Ermənistanla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərildi
- Ombudsmanın hesabatları Ermənistanın cinayətlərini sübut edir
- Ombudsmanın nümayəndələri erməni əsir və girovlara baş çəkib