Ağcabədi sakinindən qurudulmuş marixuana götürüldü
16:52 25 Fevral 2021
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Bəxtiyar Səfərov tutularaq Polis Şöbəsinə gətirilib.
Davam etdirilən araşdırmalarla B.Səfərovun fərdi yaşayış evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi 10 kiloqram 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirlir.
Oxunub: 545
Oxşar xəbərlər
- Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub
- Ağcabədidə kişi arvadını bıçaqlayıb
- Ağcabədidə qardaş bacısını qətlə yetirib
- Ağcabədi polisi əməliyyat keçirib, saxlanılanlar var
- Ağcabədidə avtomobil yeniyetmə qızı vurub
- Ağcabədidə yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib
- Ağcabədidə avtomobillər toqquşub, ölən var
- Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb
- Ağcabədidə qadın bıçaqlanıb, əri saxlanılıb