Baş Prokurorluğun əməkdaşları beynəlxalq onlayn təlimdə iştirak edib


17:49     25 Fevral 2021 2021/02/pokurorluq_1614261056.jpg

Fevralın 22-24-də Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə “Kibercinayətlər və elektron dəlillər sahəsində əməkdaşlıq” mövzusunda onlayn təlim keçirilib.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə prokurorluq, polis, ədliyyə orqanları və digər qurumların nümayəndələri iştirak ediblər.

Təlimdə kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, Budapeşt Konvensiyasında nəzərdə tutulan müddəalar, hüquqi yardım haqqında sorğular, onların nümunələri, formal, qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilib.

Bunlarla yanaşı təlim iştirakçıları kazus üzərində işləyib, müvafiq məruzələr hazırlayıblar.

İştirak beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib, yekunda iştirakçılar arasında təlim zamanı qazanılan biliklərin yoxlanılması məqsədilə yazılı sorğu keçirilib, sorğunu uğurla tamamlayanlar sertifikatlarla təltif ediliblər.

Açar sözlər:

Oxunub: 389