XİN sözçüsü bir qrup əcnəbi jurnalistlə görüşüb


19:13     25 Fevral 2021 21_02_25_1614264263.jpg


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkədə səfərdə olan əcnəbi jurnalistlərlə görüşüb.

Femida.az-ın xəbərinə görə, bu barədə XİN sözçüsü “Twitter”də bildirib.

“Azərbaycanda səfərdə olan bir qrup əcnəbi jurnalistlə görüşmək və onlara mövcud regional vəziyyət barədə məlumat verməkdən məmnun oldum. Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Ermənistanın insanlığa qarşı cinayətinin cəzasız qalmasına xüsusi diqqət ayırdıq”, - XİN sözçüsü qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 436