Vətən müharibəsi memorial kompleksinin ilk eksponatları - FOTOLAR
19:33 25 Fevral 2021

Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün lazımi materialların toplanılmasına başlanılıb.
Bu barədə Femida.az-a nazirlikdən bildirilib.
"Vətəndaşlarımız müvafiq materialların təhvil verilməsində fəal iştirak edirlər. Həmçinin bu istiqamətdə müxtəlif dövlət qurumları – Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Sənayesi Nazirliyi öz töhfələrini verir. “Gazelli Art House” qalereyası da muzeyin fondu üçün materiallar təqdim edib. Təhvil verilən materiallar Zəfər muzeyi fondunun ilk eksponatlarıdır.
Təqdim edilən materiallar arasında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı istifadə edilən müxtəlif növ silahlar və mərmilərin qalıqları, işğalçı ordu ilə qəhrəmancasına mübarizə aparan hərbçilərimizin şəxsi əşyaları da var. Bu əşyaların hər biri tarixi əhəmiyyət kəsb edir, çünki onlar möhtəşəm qələbəmizin “şahidi”dir", - məlumatda qeyd olunub.
Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun yaradılması üçün lazımi materialların toplanılması istiqamətində işlər davam etdirilir.
Femida.az
Oxunub: 296
Oxşar xəbərlər
- Vətəndaş cəmiyyətinin nümayəndələri Tərtər və Ağdamda olublar
- Vətən Müharibəsində düşmənə vurulan atəş zərbələri - VİDEO
- Vətən müharibəsinin daha bir iştirakçısına vəzifə verilib
- Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək
- Vətən müharibəsi şəhidinin nəşi Sabirabada gətirilib
- Vətəndaşlara 40 min manatadək ziyan vuran dəstə üzvləri saxlanılıb
- Vətəndaş xəstəliyə görə cəzaçəkmədən hansı hallarda azad edilir?
- Vətən Müharibəsi qazisi Biləsuvar Rayon İcra Hakimiyyətində şöbə müdiri oldu
- Vətəndaşın minaya düşməsi ilə bağlı cinayət işi başlandı
- Vətən müharibəsi iştirakçısı Masallı icra hakimiyyətində şöbə müdiri təyin edilib