Azad edilən ərazilərdə “ağıllı şəhərlər” və “ağıllı kəndlər” sisteminin yaradılmasına başlanılıb
21:12 25 Fevral 2021
"Mənə bu yaxınlarda məlumat verilmişdir ki, Bakıda, Sumqayıtda və Şamaxıda küçələrin işıqlandırılması layihəsi uğurla davam edir, yaxşı nəticələr əldə olunur, elektrik enerjisinin qənaəti yaxşı səviyyədədir. Bu, çox mühümdür. Çünki bizim ötən dəfə müzakirə etdiyimiz kimi, Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir. Ona görə də xatırladığınız kimi, Bakıda biz əsas diqqəti küçə işıqları olmayan küçələrə yönəltməyi qərara aldıq".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 25-də "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.
"Sumqayıtda, eləcə də Şamaxıda siz layihəni tamamilə üzərinizə götürdünüz. Əminəm ki, belə şəhərlər daha çox olacaq. Çünki biz artıq yaxşı nəticələr görürük. Biz artıq səmərəliliyi görürük. Ötən dəfə müzakirə etdiyimiz kimi, biz bu texnologiyaları yalnız küçələrin işıqlandırılması sektorunda deyil, həm də digər sektorlarda tətbiq edə bilərik - xüsusilə azadlıq müharibəsindən sonra Azərbaycan hər şeyin dağıdıldığı azad edilmiş əraziləri artıq yenidən qurmağa başladığı dövrdə. Mən dəfələrlə dediyim kimi, biz həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq. Proses artıq başlayıb. Ona görə də bizim müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq. Bu səbəbdən mən əməkdaşlığı davam etdirməyi və birinci layihənin ümidvaram ki, çox yaxın zamanda təhvil verilməsini səbirsizliklə gözləyirəm. Bu, əməkdaşlığımızın çox yaxşı göstəricisi olacaq", - dövlət başçısı vurğulayıb.
Oxunub: 402
Oxşar xəbərlər
- Zəngilanın işğaldan azad olunmasının ildönümüdür
- Füzuli şəhərinin işğaldan azad edilməsinin ildönümüdür
- Putin: “Ukraynadakı xüsusi hərbi əməliyyatın əsas məqsədi Donbasın azad olunmasıdır”
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Ukrayna Xarkovda 2 500 kv km-ə yaxın ərazini azad edib
- Ukrayna ordusu Kupyansk şəhərini azad edib
- Azad edilmiş ərazilərdə yaşıl texnologiyalarla bağlı yeni İşçi Qrupu yaradılıb - SİYAHI
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Ukrayna ordusu daha bir məntəqəni azad edib
- Yasamal məhkəməsindən şok qərar: Şəhid bacısına 20 min manat “atan” şəxsi azadlığa buraxıldı