Türkiyədən ən müasir silah növlərinin alınması üçün yeni müqavilələr imzalanıb
14:57 26 Fevral 2021

"Müdafiə sahəsinə gəldikdə, müharibə dövründə bunun keyfiyyətini göründü və bu, dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə üstünlük verib".
Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında "HaberGlobal" TV-nin əməkdaşının sualını cavablandırarkən deyib.
"Müharibədən sonra da danışıqlarımız davam edir. Yeni müqavilələr imzalanıb. Türkiyə tərəfi ilə orada istehsal edilən ən müasir silah növlərinin ölkəyə gətirilməsi üçün razılaşma əldə edilir. Yeni müqavilələr imzalanıb və bu, bizim hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək. Bildiyiniz kimi Türkiyə-Azərbaycan birgə hərbi təlimlər də müntəzəm olaraq keçirilir. Ötən il pandemiyaya görə bir az az keçirildi. Halbuki 2019-cu ildə 10-dan çox keçirilib. Bu dəfə Qarsda keçirilib. Bu sahədə də işlər aparılacaq.
Azad ediləcək torpaqlarda da türk şirkətlərini görmək istəyirik və əminəm ki, görəcəyik. Görüləcək işlər çoxdur və əminəm ki, bundan sonra da birlikdə addımlayacağıq", - Prezident əlavə edib.
Femida.az
Oxunub: 273
Oxşar xəbərlər
- “Magistraturaya qəbul qaydaları daha da sadələşdirilib” - DİM sədri
- AQTA: Qanunsuz fəaliyyət göstərən restoranın fəaliyyəti məhdudlaşdırılıb
- Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələyib
- Ötən gün 47 yanğın olub - VİDEO
- "Türkiyənin Azərbaycana göstərdiyi dəstək qəlbimizdə yaşayacaq" - İlham Əliyev
- İrəvandakı Azadlıq meydanına Polad Həşimovun adı yazıldı - FOTO
- Polis narkotik alverçilərini belə tutdu - Əməliyyatın VİDEOSU
- "YAŞAT" fonduna 31 milyona yaxın vəsait daxil olub - 5505 şəxs öhdəliyə götürülüb
- Sürücülər DİQQƏT! - 1 ay boyunca reyd olacaq
- “Hərbi əsir”lərin qaytarılması barədə razılaşma olmayıb” - Simonyan