Azərbaycan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına mənfi rəy verməyəcək


15:52     26 Fevral 2021 2020/01/prezident_esebi_1578489199.jpg


“Biz yeni vəziyyəti nəzərə alaraq Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da müsbət baxırıq. Bu münasibətlərin normallaşması üçün bizim hər hansısa xüsusi fikrimiz yoxdur”.

Femida.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə özü sərhədlərin nə zaman açılacağını müəyyən edə bilər. Hər halda Azərbaycan tərəfindən hər hansısa mənfi rəy verilməyəcək. Hesab edirəm ki, bölgənin sabitliyi, davamlı sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhədinin açılmasından bəhs edirik. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır. Əgər biz Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Ancaq bu, Türkiyənin öz qərarıdır. Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansısa xüsusi fikri yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu bizim də xeyrimizədir”, - dövlət başçısı qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 487