Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak edib
16:38 26 Fevral 2021
Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.
25-26 fevral tarixlərində videokonfrans formatında BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin Mərkəzi Asiya və Şimali Qafqaz Şəbəkəsinin (CASC) növbəti plenar görüşü baş tutub. CASC şəbəkəsinin plenar iclasları ona üzv olan dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqə kanallarının yaradılması üçün mühüm vasitə olmaqla Mərkəzi Asiya və Cənubi Qafqazda regional mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərinin həllinə yönəlib.
Azərbaycan Respublikası Baş Prokurorluğunu sözügedən göruşdə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini İsmayıl Qayıbov təmsil ediblər.
Plenar görüşün əsas məqsədi cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrin genişlənməsi olub. Görüşdə mütəşəkkil cinayətkarlıq, o cümlədən insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və əmlakın bərpası məsələlərində təcrübə mübadiləsi aparılıb, həmçinin Mərkəzi Asiya və Şimali Qafqaz Şəbəkəsinin 2021-ci il üçün iş planı müzakirə olunub.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Melitopol şəhərində partlayış baş verib
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb