Dünya liderləri İlham Əliyevi təbrik edir


18:55     26 May 2015 dkvpk65mbghgpt2ea9nv9205n2ilham8.jpg

ABŞ Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.


Femida.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

28 may Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. 1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Biriləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycanla əməkdaşlığa sadiqdir.

Azərbaycan müstəqilliyini qazandığı vaxtdan, Amerika Birləşmiş Ştatları Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir. Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik.

Tərəfdaşlığımız həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqların təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır.

Lütfən milli bayramınız münasibətilə ən xoş arzularımı qəbul edin”.

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-Aliləri,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına rifah və tərəqqi arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib, Sizə böyük hörmət və ehtiramımın olduğunu bildirirəm”.

***

Montoneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-Aliləri,

Azərbaycanın milli Bayramı, 28 May - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Monteneqro arasında dostluğa əsaslanan əlaqələr hər zaman səmimi olub. Gələcək əməkdaşlığımızın dövlətlərimiz və xalqlarımız arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminəm.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında əməkdaşlığı yüksək qiymətləndirir və münasibətlərimizin inkişafına vediyiniz şəxsi töhfələrinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

***

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Hörmətli İlham Heydər oğlu,

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Qırğızıstan ilə Azərbaycan arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qardaş xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.

***

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın maliyyə bazarı komitəsi sədrinin müavini Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm İlham Heydər oğlu,

Əlamətdar bayram – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.

Sizin yorulmaz fəaliyyətiniz, ənənəvi dəyərlərə söykənməyiniz və elmin ən müasir nailiyyətlərini xalqın xidmətinə gətirməyiniz sayəsində bu gün Azərbaycan milli özünəməxsusluğunu, təbiətinin gözəlliklərini, çox zəngin tarixini və mədəniyyətini saxlamaqla, intensiv iqtisadi inkişafın örnəyinə çevrilib. Sizin çox yüksək peşəkarlığınız və siyasi xadim kimi parlaq istedadınız Rusiya-Azərbaycan qarşılıqlı münasibətlərinin inkişafına keyfiyyətcə yeni təkan verib. Sizin insanlara səmimi qayğıkeşliyiniz və Vətənə sonsuz məhəbbətiniz dərin hörmət və heyranlıq hissi doğurur.

Bu bayram günündə Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən firavanlıq, sülh və xoşbəxtlik arzu edirəm”.

Açar sözlər:

Oxunub: 918