Türkiyə və Xorvatiya XİN başçıları Qarabağı müzakirə ediblər


20:22     26 Fevral 2021 21_02_26_1614355274.jpg

“Xorvatiyalı həmkarımla görüşümüz zamanı regional məsələlərlə, o cümlədən Qarabağla bağlı müzakirələr apardıq”.

Femida.az -ın xəbərinə görə, bunu Xorvatiyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu xorvat həmkarı Qordan Qrliç-Radmanla birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Şimali Kipr, Şərqi Aralıq dənizi, Liviya və Suriya ilə bağlı da fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 368