DİN AXCP-nin sədr müavininin saxlanılmasına aydınlıq gətirib


20:52     26 Fevral 2021 21_02_26_1614355779.jpg

Daxili İşlər Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzinin polis əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.

Femida.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, AXCP üzvü bu gün "Ana harayı" abidəsini ziyarət edən zaman ona yaxınlaşaraq sual verən blogerə qarşı nalayiq ifadələr işlədib:

"Bundan sonra blogerin müraciəti əsasında Seymur Həzi polis bölməsinə aparılıb. Orada onunla profilaktik söhbət aparıldıqdan sonra izahatı alınaraq sərbəst buraxılıb".

Açar sözlər:

Oxunub: 712