Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı


21:50     26 Fevral 2021 21_02_26_1614361878.jpg

Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

Bu barədə Femida.az-a DİN-ın Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”-deyə, DİN rəsmisi bildirib.

Qeyd edək ki, Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığınla bağlı polisə şikayət ərizəsi təqdim edib.

Açar sözlər:

Oxunub: 673