“8 Noyabr” metro stansiyasında son tamamlanma işləri aparılır


11:55     27 Fevral 2021 21_02_27_1614409889.jpg

Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib.

Bu barədə Femida.az-A “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

"2016-cı ilin aprelində metronun 3-cü xətti, Bənövşəyi xəttin “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra, bu xəttin deposunun, Yaşıl xəttin “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir. Bənövşəyi xəttin 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur", - məlumatda qeyd olunub.

Açar sözlər:

Oxunub: 567