Əfvlə bağlı daha 150-dən artıq müraciətə baxıldı
14:18 27 Fevral 2021
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Femida.az-a Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa məlumat verib. Onun sözlərinə görə, iclasda əfvlə bağlı 150-dən artıq müraciətə baxılıb.
F.Mustafa, həmçinin bildirib ki, Komissiyanın iclası gələn həftə də davam edəcək.
Qeyd edək ki, bundan əvvəl Əfv Komissiyasının 3 iclası keçirilib və 300-dən artıq müraciətə baxılıb.
Oxunub: 676